İş adamı ilə Fuad Nəcəfli arasında qalmaqal İLGİNC FAKTLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra iş adamları muxtar respublikaya investisiya qoymağa dəvət edilib.
Uzun illər ərzində Vasif Talıbov iş adamlarını Naxçıvana buraxmamış, muxtar respublikadakı əksər istehsal və xidmət müəssisələri Talıbovlar ailəsinə məxsus olmuşdu. Yeni dönəmdə ortalığa çıxan şirkətlərdən biri də “HİMAL” Holdinqdir. Bu holdinqə Naxçıvanda yaşıl işıq yandırılıb, geniş imkanlar yaradılıb. Qısa müddət ərzində “HİMAL” Holdinq “Çınqıllı” və “Darıdağ” təbii və mineral sularının istehsalına başlayıb.
Bundan başqa, holdinqin Naxçıvandakı otelləri, bir sıra xidmət sahələrini satın aldığı ilə bağlı xəbərlər yayılmışdı.
Bu günlərdə məlum olub ki, “HİMAL” Holdinq Naxçıvan Muxtar Respublikasında bəzi sahələrdə fəaliyyətini dondurub. Holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşınıb.
TNS-ə özəl mənəbələrdən daxil olan məlumata görə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə “HİMAL” Holdinqin rəhbəri Hacı Ələsgərov arasında ciddi problem yaranıb, holdinqin Naxçıvandakı fəaliyyəti məhdudlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, iş adamı Hacı Ələsgərov səlahiyyətli nümayəndəyə verdiyi sözü tutmayıb, onu ölkə rəhbərliyi qarşısında çətin duruma salıb. Belə ki, Hacı Ələsgərov Talıbovlar ailəsinə məxsus olan “Təbriz”, “Duzdağ”, “Grant Naxçıvan”, “Avtovağzal” otellərini, “Nəqşicahan” tikinti şirkətini, bir sıra xidmət sahələrini almaq barədə söz verib. Bu əmlakların dəyəri, təqribən, 50-60 milyon manat arasındadır. Həmin vəsait Naxçıvanın büdcəsinə yönəldilərək muxtar respublikada tikinti-quruculuq işlərində istifadə olunacaqmış.
Hacı Ələsgərovun sözünə arxayın olan Fuad Nəcəfli keçirilən müşavirələrdə muxtar respublikaya 50 milyon manat ayrılacağını, vəsaitlə bağlı yaranmış problemlərin aradan qaldırılacağını bildirib.
Aparılan texniki-iqtisadi dəyələndirmələrdən sonra “HİMAL”a təklif olunan obyektlərin rentabelli olmadığı müəyyən edilib və holdinq həmin əmlakları satın almaq fikrindən vaz keçib(Azinforum.az).
Hazırda “HİMAL” Naxçıvanda bəzi sahələrdə fəaliyyətini davam etdirir. Mənbənin sözlərinə görə, bu holdinqə əvvəlki münasibət olmayacaq. Çünki holdinq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, Hacı Ələsgərov isə özü barədə qeyri-ciddi iş adamı təəssüratı yaradıb.
547 dəfə oxundu