Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb.
APA xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır.
Bazar dəyəri 30 milyon manata yaxın qiymətlındirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
Həmin əmlakların siyahısını təqdim edirik:
“Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8 100 000 manat), Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadratmetr torpaq sahəsi (dəyəri 95 000 manat), Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300 000 manat), Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadratmetr qeyri-yaşayış sahəsi (dəyəri 231 500 manat), Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadratmetr sahəyə malik 179 saylı mənzili (dəyəri 125 000 manat), Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483 000 manat), Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86 000 manat), Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi (dəyəri 71 000 manat), Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadratmetr fərdi yaşayış evi (dəyəri 808 00 manat), Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadratmetr bağ evi (dəyəri 700 000 manat), Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi (dəyəri 60 000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi (dəyəri 203 000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi (dəyəri 59 500 manat), Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400 000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15 000 manat), Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kvadratmetr, 264,6 kvadratmetr, 250,1 kvadratmetr. sahələrində 3 ədəd əsas tikili, 69,4 kvadratmetr, 117,3 kvadratmetr sahələrində 2 ədəd köməkçi tikili (dəyəri 750 000 manat), Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4 310 000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili (dəyəri 2 470 000 manat), Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 1 800 manat), Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60 000 manat), Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kvadratmetr, 24,8 kvadratmetr, 318,3 kvadratmetr, 28,8 kvadratmetr, 16,7 kvadratmetr, 96 kvadratmetr, 28,8 kvadratmetr ümumi sahədən ibarət tikililər, 40,5 kvadratmetr tikintialtı sahəli talvar və 218,6 kvadratmetr tikintialtı sahəli hovuz (dəyəri 646 000 manat), Kürdəmir şəhəri “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kvadratmetr tikili, 24 000 nar kolu (dəyəri 208 600 manat), Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadratmetr, 24,6 kvadratmetr, 18,60 kvadratmetr, 13,8 kvadratmetr, 16 kvadratmetrdən ibarət qarajlar (dəyəri 96 000 manat), Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadratmetr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3 178 000 manat), Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası (dəyəri 4 500 000 manat), Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145 000 manat)”.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovla birgə ittiham olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş əməkdaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.
2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
598 dəfə oxundu