Naftalanda keçmiş sanatoriya sahibi özünü güllələdi

Naftalanda keçmiş sanatoriya sahibi özünü güllələdi

Naftalan sakini odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, 1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından dünyasını dəyişib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov faktı təsdiqləyib. Onun sözlərinə görə, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, F. Qocayev ov tüfəngi ilə intihar edib. Fakla bağlı Naftalan Şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Firuz Qocayev bir neçə il öncə Naftalan şəhərində yerləşən sanatoriyaların birinin sahibi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...