Bakıda bir mənzildən 4 nəfərin meyiti tapıldı

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapıldı
Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb. Belə ki, mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur.

Həmçinin oxuyun: Мужчина умер в самолёте при возвращении в Баку

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...