Şirkətin 423 min dollarını mənimsəyib bir hissəsini xadiməyə, bir hissəsini isə keçmiş sevgilisinə verdi
Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindiriliblər.
“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid Yana Şirəliyeva təqsirləndirilənlə birgə işlədiyini deyib.
“2009-cu ildən tanıyıram və 2011-ci ilə kimi bizim şirkətdə dizayner kimi fəaliyyət göstərib. Sonradan onun pul oğurladığı üzə çıxdı. Dedi ki, məni polislər izləyirlər, Rauf sənə dörd min manat verəcək, onu mənə çatdır. Mən bu barədə Raufa məlumat verdim. Rauf özü rayonda olduğu üçün o pulu digər yolla Nelliyə verib. Nelli məndən eyni zamanda 1 000 manat borc istədi, lakin imkan olmadığını bildirdim”.
Zərərçəkmişin vəkili İlhamə Həsənova vəsatət qaldıraraq bildirib ki, N.Fabriçnayanın adına olan bank hesabları araşdırılmalıdır:
“Dörd bankdan Nelliyə bildirişlər gəlir ki, hesabınız bağlanmaq üzrədir. Əlimizdə də sübutlar var ki, təqsirləndirilən şəxsin valideynləri onun adından xaricə pul köçürmələri edirlər və bunun araşdırılması vacibdir”.
Məhkəmə prosesi yanvarın 23-nə davam etdiriləcək.
İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.
İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. Həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.
Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.
1046 dəfə oxundu