Qadın ziyarətgahda üç litr sirkə içib intihara cəhd etdi

Qadın ziyarətgahda üç litr sirkə içib intihara cəhd etdi
Gəncədə 56 yaşlı qadın “İmamzadə” ziyarətgahında intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, 1967-ci il təvəllüdlü şəhər sakini M.Paşayeva ziyarətgaha gəlib. Həmin ərazidə üç litr sirkə içərək özünü öldürmək istəyib.

Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, VIII əsrə aid olan “İmamzadə” qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini-memarlıq kompleksidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...