Səbuhi Səlimov məhkəmə zalında ürək tutmasından vəfat edib

Səbuhi Səlimov məhkəmə zalında ürək tutmasından vəfat edib
Martın 2-də Bakı Apelyasiya Məhkəməsində 53 gün aclıq keçirdikdən sonra dövlətə xəyanətdə ittiham edilən İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov ürək tutmasından vəfat edib.

Səbuhi Səlimovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, martın 2-də Bakı Apelyasiya Məhkəməsi hakim Həsən Məmmədovun sədrliyi ilə Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

“O məhkəmənin qərarına kəskin etirazını bildirdi və bu qərar həm də onun ölümünə səbəb oldu. Səbuhi özünü günahkar saymırdı. O birinci instansiya məhkəməsinin hökmünə etiraz olaraq 53 gün aclıq etmişdi. Həmçinin son 7 gündə quru aclıq edib.

Onu Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirmişdilər. Martın 1-də aclığı dayandırıb, su və qida qəbuluna başladı. Səbuhi bir neçə il əvvəl ürək əməliyyatı keçirmişdi”.

Səbuhi Səlimovun ölümü ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.
Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.

Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.Yenisabah.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...