Gömrük ödənişlərindən yayınmaq istəyənlər saxlanıldı - FOTO

Gömrük ödənişlərindən yayınmaq istəyənlər saxlanıldı -


Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikası vətəndaşları Əzimov Əli Çingiz oğlu və Nəmətov Ağaməmməd Mirzə oğlunun idarə etdikləri 50 ZA 046 və 50 AD 268 dövlət nömrə nişanlı yük avtomobilləri ilə Belçikadan “AMO” MMC adına gələn 43 ton 824 kiloqram armud yüklərinin müvafiq müşayiətedici sənədlərinə baxış keçirib. Yoxlama zamanı sənədlərdə yükün dəyərinin həddindən artıq aşağı göstərildiyi məlum olub. Buna görə də avtomobillər araşdırma aparılması üçün idarənin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı DGK İstintaq İdarəsində müvafiq araşdırma aparılır.


Gömrük ödənişlərindən yayınmaq istəyənlər saxlanıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...