Kredit təşkilatları filiallarını bağlayır

Kredit təşkilatları filiallarını bağlayır


Bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb. Viurtualaz.org saytı fins.az-a istinadən bildirir ki, Azərbaycanda manatın təkrar devalvasiyasından sonra bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyevanın sözlərinə görə, hazırda bank olmayan kredit təşkilatları gəlirliliyi aşağı olan filiallarını bağlayır, işçi heyətində ixtisarlar aparır.

“Bundan başqa, krediti qaytarmaqda çətinliyi olan müştərilərə onların cari vəziyyətdə ödəmə imkanlarına uyğunlaşdırılmış ödəniş qrafiki təqdim olunur. Müştərilərin kredit tarixçəsi və ödəmə qabiliyyəti əsasında kreditləşmə də az da olsa davam edir. Üstünlük uzunmüddətli müştərilərə verilir”, - Jalə Hacıyeva belə deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...