Toy axşamı intihar edən şəxsin atası: "Sonuncu dəfə nişanlısı ilə..."

Toy axşamı intihar edən şəxsin atası:
Toyundan bir gün öncə özünü asaraq intihar edən Əhliman Ömərov barədə bəzi detallar məlum olub.

Mərhumun atası İsmayıl Ömərov Oxu.Az-a açıqlamasında bildirib ki, həmin gecə oğlu nişanlısı ilə telefonla danışıb. Onun sözlərinə görə, aralarında heç bir problem olmayıb:

"Hazırda nişanlısı ilə danışıb evə gəlmişəm. Bildirdi ki, həmin gün görüntülü danışıblar, deyə-gülə ayrılıblar. Nişanlısı yatdıqdan sonra telefonun kodunu açaraq evə qoyub sonra özünü asıb. Pis vərdişləri yox idi. Bizimlə də heç bir problemi olmayıb. Borcu da yox idi. Hazırda araşdırma gedir. Hələ ki, heç bir məlumat verməyiblər".

Xatırladaq ki, hadisə may ayının 31-də Qazax rayonunda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Ömərov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub.

Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...