Bakıda "XXX" soyadlı kişini öldürənlərdən biri nəvəsi imiş - TƏFƏRRÜAT

Bakıda "XXX" soyadlı kişini öldürənlərdən biri nəvəsi imiş -


Araşdırmalar davam etdirilir

Fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində 76 yaşlı Həmid Məmmədrəsul oğlunun qətlə yetirilməsi ilə bağlı maraqlı fakt üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əvvəllər neftçi işləmiş H.Məmmədrəsul oğlunu qətlə yetirmiş dəstə üzvləri arasında onun nəvəsi də olub. Cinayətin iştirakçısı olan digər 2 nəfər isə H.Məmmədrəsul oğlunun qonşularıdır.

Onlar cinayəti tamah məqsədi ilə törədiblər. Cinayəti törədəndən sonra isə H.Məmmədrəsul oğlunun 2 min manata yaxın pulunu öz aralarında bölüşdürüblər.

Artıq cinayəti törədənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, H.Məmmədrəsul oğlu şəhərdə yaşayırmış və arabir bağ evinə gedirmiş. Məlum qətl də həmin vaxta planlaşdırılıb. Təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

*****

17 fevral

Bakıda törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 14-də Sabunçu rayonunun Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsul oğlunun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulub, digər şəxsin tutulması istiqamətində tədbirlər görülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...