Sabirabadda bir ailənin üç üzvünü ölümlə hədələyərək pul tələb ediblər

Sabirabadda bir ailənin üç üzvünü ölümlə hədələyərək pul tələb ediblər


Sabirabad rayonunda bir ailənin üç üzvünü ölümlə hədələyərək pul tələb ediblər.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sabirabad rayon sakini Hacıbala Məmmədov polisə ərizə ilə müraciət edərək Mübariz və Fariz adlı şəxslərin onu, atasını və dayısını öldürəcəkləri ilə hədələyərək pul tələb etdiklərini bildirib.

Araşdırmalar nəticəsində H. Məmmədovdan hədə-qorxu ilə pul tələb edən şəxslərin Mübariz Bağırov və onun qardaşı Fariz Bağırov olmaları müəyyən edilib. Hazırda adıçəkilən şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...