170 minə icra başçısının müavini olmaq istəyən "Bandotdel"ə çağırıldı

170 minə icra başçısının müavini olmaq istəyən "Bandotdel"ə çağırıldı


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovu 170 minlik dələduzluqda ittiham edən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şikayəti barədə izahat verib. Lent.az -ın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib. O deyib ki, müdafiə etdiyi şəxslə birlikdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar və şikayətlərini ifadə ediblər.

Qeyd edək ki, S.İmanov vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları almaqda ittiham olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitəsindən APA-ya bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S.İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.

Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. S.İmanov bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...