İkiqat Azərbaycan çempionu qətlə yetirilib

İkiqat Azərbaycan çempionu qətlə yetirilib


Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksing Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib. Qeyd edək ki, ötən gün təxminən saat 23:30 radələrində 32 yaşlı Gəncə şəhər sakini Elmir Cəlilov odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Dərhal cərahiyyə şöbəsinə yerləşdirilən şəxs ölüb. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Gəncə şəhər TTYX-da hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...