Gəncədə dəhşətli cinayət: ana 9 aylıq körpəsini su quyusuna atıb öldürdü

Gəncədə dəhşətli cinayət:


Gəncədə dəhşətli qətl hadisəsi baş verib

Qadının psixi problemlərinin olduğu bildirilir. Gəncədə dəhşətli qətl törədilib. GUNDEMINFO.AZ xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən M.Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. M.Hüseynova psixi xəstə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...