Səfir müavini saxta diplom almaq istədi

Səfir müavini saxta diplom almaq istədi


Azərbaycanda təmsil olunan xarici ölkə səfirinin müavini saxta diplom almaq üçün rüşvət verib.

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs Küveyt səfirinin müavini Faisal Almatairi olub.

Küveyt vətəndaşı, 1972-ci il təvəllüdlü F.Almatairi özü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetinin qarşısında tanışı ilə görüşərək ona pul verib. Səfir müavini deyib ki, Bakı Dövlət Universitetindən magistr dərəcəsi diplomu almaq üçün həmin tanışı, 1982-ci il təvəllüdlü Azad Əhmədova 2500 ABŞ dolları verib.

Lakin F.Almatairinin "diplom işi" alınmasa da, A.Əhmədov onun pulunu qaytarmayıb.

Müraciətlə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...