Bakıda bankdan çıxan qadını soydular - VİDEO

Bakıda bankdan çıxan qadını soydular -


Cinayətkar saxlanılıb.

Bakıda Nəsimi polisi soyğunçuluqda şübhəli bilinən şəxsi saxlayıb. Bankdan çıxan qadını izləyən bir gənc, onun içində pul olan çantasını əlindən alaraq qaçıb.

Oxu.Az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, hadisə dünən günortadan sonra paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində banklardan birinin qarşısında olub.

Bakı şəhər sakini olan bir qadın Nəsimi rayon Polis İdarəsinə müraciət edərək tanımadığı şəxsin ona məxsus içində 900 dollar, 153 manat pul, bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çantasını əlindən alıb qaçması barədə məlumat verib. Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat zamanı soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Ceyhun Seyfullayev saxlanılıb.

Polis əməkdaşları onun bənzər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...