Bakıda qadın müğənni qəzaya düşdü - iti vurmamaq üçün

Bakıda qadın müğənni qəzaya düşdü -


Gecə Bakıda xanım sürücü qarşısına çıxan it səbəbindən idarə etdiyi avtomobillə qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, Ziya Bünyadov prospekti ilə hərəkət edən xanım sürücü qarşısına çıxan iti vurmasa da özü ziyana düşüb.

“Chevrolet” markalı maşının sürücüsü Sevda Kazımova “20 yanvar” dairəsi istiqamətində hərəkət etdiyi zaman qarşısına it çıxıb. Heyvanı vurmaq istəməyən xanım sürücü qəfil əyləcdən istifadə edib. İtin həyatını xilas etməyə müvəffəq olan Sevda xanım arxadan gələn “Jeep”in zərbəsinə tuş gəlib.

Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi isə insan itkisinin olmamasıdır. Xanım sürücü yolda əyləcdən istifadə etsə də qəzanın səbəbkarı “Jeep”in sahibi hesab olunur. Çünki yol polisinin yoxlamaları zamanı “Jeep”in sürücüsünün ara məsafəsini düzğün hesablamadığı üzə çıxıb. Faktla bağlı araşdırmalar davam edir.


Bakıda qadın müğənni qəzaya düşdü -
Bakıda qadın müğənni qəzaya düşdü -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...