İmişlidə baş verən ağır qəzada bir nəfər ölüb, ikisi yaralanıb

İmişlidə baş verən ağır qəzada bir nəfər ölüb,


İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...