Moskvada uşağın başını kəsən dayənin kimliyi müəyyən olunub

Moskvada uşağın başını kəsən dayənin kimliyi müəyyən olunub


APA-nın “Moskovskiy Komsomolets” nəşrinə istinadən verdiyi məlumata görə, bu, 1978-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovadır.

Dayənin Rusiyada qeyr-qanuni çalışdığı bildirilir.

Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində “Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...