Zərdab rayon sakini intihar edib

Zərdab rayon sakini intihar edib


Zərdab rayon sakini intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün gündüz saatlarında rayonun Məlikli kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Yaşar Müzlü oğlu Həsənov yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Məlumata görə, mərhum qonşu Sarıqaya kəndində rus dili müəllimi işləyib. Səhhətində yaranmış psixi problemlə bağlı bir neçə il əvvəl məktəbdən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...