Bakıda məşhur şirkətin baş mühasibi həbs edildi

Bakıda məşhur şirkətin baş mühasibi həbs edildi


Bakıda tanınmış şirkətin baş mühasibi həbs edilib. “GUNDEMINFO”nun report-a istinadən məlumatına görə, “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinir.

Belə ki, şirkətin direktoru Əvəz Səfərlinin Binəqədi Rayon Prokurorluğuna müraciəti əsasında “S.A.B.A şirkəti” MMC-də 174 504 manatlıq maliyyə çatışmazlığı aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şirkətin baş mühasibi Taley Rəhimov tutulub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...