Ağdamda silahlı şəxs həmyerlisini girov götürdü

Ağdamda silahlı şəxs həmyerlisini girov götürdü


Ağdamda bir nəfər öz həmyerlisini girov götürüb. Aznews.az xəbər verir ki, hadisə bu dəqiqələrdə 82 saylı İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Süleymanov Sərxan Allahverdi oğlu qəsəbənin digər sakinini tüfənglə girov götürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Nəticədə girov S.Süleymanovun əlindən alınıb. Lakin tüfəngi onun əlindən almağa müvəffəq olmayıblar. Silahlı şəxs hazırda girov götürdüyü şəxsin evinin qarşısında dayanıb. Hadisənin təfərrüatları barədə məlumat verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...