Azərbaycanlı "qanuni oğru" Rusiyadan deportasiya edildi

Azərbaycanlı "qanuni oğru" Rusiyadan deportasiya edildi


"Qanuni oğru" Dadaş Bakinski Rusiyadan Azərbaycana deportasiya edilib.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, ötən il Rusiya Ədliyyə Nazirliyi Dadaş Bakinskinin Rusiyada qalmasına qarşı qərar qəbul etmişdi.

Məhz bu səbəbdən "qanuni oğru"nun cəzası bitən kimi o, polislərin nəzarəti altında Moskvanın "Domodedovo" aeroportundan Azərbaycana deportasiya edilib və ona 2021-ci ilə qədər Rusiyaya gəlmək qadağan edilib.

Qeyd edək ki, "Qanuni oğru" Dadaş Bakinski narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə həbs olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...