Abşeronda evdə baş verən yanğında 5 və 3 yaşlı iki qardaş ölüb

Abşeronda evdə baş verən yanğında 5 və 3 yaşlı iki qardaş ölüb


Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları - 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən hər ikisi yolda ölüb.

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...