MTN-çilərin daha bir cinayəti – Arvadına silah dayayıb, ərini şantaj ediblər

MTN-çilərin daha bir cinayəti –


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı ilə bağlı Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılmaya başlanılıb.

Bu barədə AzNews.az-a vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, keçmiş MTN-nin bir neçə əməkdaşı hüquqlarını müdafiə etdiyi Seyhun Mustafayevə məxsus müəsisəni hədə-qorxu yolu ilə əlindən alıblar: “Seyhun Abşeron rayon ərazisində böyük müəssisə sahibi olub. Həmin müəsisəni o, özü tikib. 2007-ci ildə hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Seyhunun yanına gedərək ona hədə-qorxu gəliblər. Deyiblər ki, əgər sən bu müəssisəni bizə verməsən səni sabiq İnkişaf Naziri Fərhad Əliyevin adamı kimi qələmə verib bu adla səni həbs edəcəyik. Seyhun isə Fərhad Əliyevi tanımadığını deyir”.

Vəkil qeyd edib ki, MTN əməkdaşları S.Mustafayevin həyat yoldaşına da təzyiqlər edib, evdən çıxarıblar: “Onu silah gücü ilə hüquq-mühafizə orqanlarına aparıblar. Seyhuna məxsus müəssisəni alqı-satqı, yaxud da etibarnamə yolu ilə adlarına keçiriblər. Təzyiq edib, natarius vasitəsi ilə müəsisənin bütün sənədlərini ondan alıblar”.

A.Məmmədov sözügedən MTN əməkdaşları ilə bağlı Baş Prokurorluğa məlumat verdiyini bildirib: “Bizə məktub gəlib ki, ağır cinayətlərdə bununla bağlı araşdırmaya başlanılıb: “Yazıblar ki, sizə əlavə məlumat verəcəyik. Amma Seyhun deyir ki, həmin adamlar hazırda nazirlikdə işləyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...