Azərbaycanda avtobus qəzası - 12 nəfər yaralanıb

Azərbaycanda avtobus qəzası -


Bərdə rayonunda mikroavtobus qəzaya düşüb, 12 sərnişin yaralanıb.

Hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ 21015 markalı avtomobillə Gərənə kənd istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan 16 nəfər sərnişindən 12 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. Hadisəyə səbəb ilkin versiya kimi VAZ 21015 markalı avtomobilin dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozaraq mikroavtobusun hərəkət zolağına çıxması göstərlib.(Report).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...