Generala «yox» deyildi

Generala «yox» deyildi


Martın 28-i Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun şikayətinə baxılıb.

«Report»un xəbərinə görə, S.Qurbanovun həbs müddətinin uzadılmasına dair Səbail rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Martın 7-də Səbail rayon Məhkəməsində S.Qurbanovun həbs müddəti dörd ay uzadılmışdı. Qərardan narazı qalan S.Qurbanov Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Baş prokurorluğun bir müddət öncə yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19 şəxs həbs edilib, 1 nəfərdən başqa yerə getməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb, daha 1 nəfər isə axtarışa verilib. Bu işdə 57 nəfər isə zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu deyilir.

Sübahir Qurbanov ötən ilin noyabrında həbs edilib. O, hazırda cinayət məcəlləsinin uzunmüddətli həbs nəzərdə tutan 13 maddəsi ilə ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...