“​İnterpol” xətti ilə 13 ildir axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

“​İnterpol” xətti ilə 13 ildir axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub


“İnterpol” xətti ilə axtarışda olan və Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya olunub. “Report”un xəbərinə görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Akif Mövludə oğlu Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

A.Əmiraslanov bu ay Azərbaycana ekstradisiya olunub və 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib. Əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...