İstanbulun mərkəzində çanta partladıldı

İstanbulun mərkəzində çanta partladıldı

Bu gün İstanbulun Taksim meydanında minaların zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış polis dəstəsi sahibsiz çantanı partladıb. Virtualaz.org xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb. Sahibsiz qalmış çanta barədə polisə məlumat veriləndən az sonra Taksimdə təhlükəsizlik tədbirləri görülüb və çanta polislər tərəfindən partladılıb.

Partlayış nəticəsində xəsarət alan olmasa da, onun səsinin böyük bir ərazidə eşidildiyi deyilir. Polis çantanın partladılmasını təsdiqləyib, lakin onun içərisində partlayıcı qurğunun olub-olmaması barədə məlumat verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...