Prokuror Qarabağ separatçılarının sponsoruna 7 il iş istədi

Prokuror Qarabağ separatçılarının sponsoruna 7 il iş istədi

Bu gün Moskvada-Zamoskvoretsk məhkəməsində “Başneft” işi ilə əlaqədar keçirilən prosesdə prokuror 2010-cu ildən ömürlük həbs cəzası çəkən Başqırdıstan senatoru İqor İzmestyevin anasının 700 minə yaxın pulunu mənimsəməkdə ittiham edilən erməni iş adamı Levon Ayrapetyanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bundan başqa, məhkəmədə İqor İzmestyev bəyan edib ki, erməni iş adamına qarşı 20 milyon rublluq iddia qaldırıb.

Xatırladaq ki, Levon Ayrapetyan dünyada erməni diasporasının ən zəngin adamları siyahısındadır və “erməni soyqırımı”nın tanınması uğrunda mübarizə aparan dünya səviyyəli lobbiçilərdəndir. O həmçinin “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasında fəal iştirak edib və onun əsas sponsorlarından hesab edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...