Bakıda daha bir qadın özünü binadan atdı

Bakıda daha bir qadın özünü binadan atdı

Bakıda intihar hadisəsi baş verib. Pirallahı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 29-cu məhəllə, ev 15, mənzil 89 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, son iki gündə Bakıda daha iki qadın özünü binadan ataraq intihar edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...