Bakıda avtoyuma məntəqəsində qanlı dava: 30 yaşlı şəxs bıçaqlandı

Bakıda avtoyuma məntəqəsində qanlı dava: 30 yaşlı şəxs bıçaqlandı

Dünən Bakıda yerləşən avtoyuma məntələrindən birində qanlı hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, F.Bayramov küçəsi 6 ünvanında Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Vüsal Sədrəddin oğlu bıçaqlanıb. Qarın və kürək nahiyəsindən 3 bıçaq xəsarəti alan 30 yaşlı şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Reanimasiya şöbəsində əməliyyat olunan V.Nəcəfovun vəziyyəti ağırdır və dindirilməsi mümkün deyil.

Hadisəni törədən 1991-ci il təvəllüdlü Əsgərov Namiq Şərif oğlu tutulub. Faktla bağlı cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...