Bakıda 76 yaşlı qadını evində öldürdülər

Bakıda 76 yaşlı qadını evində öldürdülər


Bakıda 76 yaşlı qadın evində qətlə yetirilib. “GUNDEMİNFO” xəbər verir ki, Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Aprelin 21-də axşam saat 19 radələrində 1940-cı il təvəllüdlü Sultanova Melli Həmzə qızının Hövsan qəsəbəsindəki mənzilində meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən meyitdə çoxsaylı xəsarət izləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda qadını öldürən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...