Restoranda atışma: Güllə ABŞ diplomatının maşınına dəydi

Restoranda atışma:


Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş vermiş atışma barədə əlavə təfərrüatlar məlum olub.

“Sputnik” agentliyinin Səbayel rayon polis idarəsindən əldə etdiyi məlumata görə atışmanın iri məbləğdə pul üstündə baş verdiyi ehtimal edilir. Məlumata görə iki nəfər arasında iri məbləğdə borc üstündə yaranmış mübahisə silah tətbiqi ilə nəticələnib. Tərəflərdən biri, Samir adlı şəxs əvvəlcədən “razborka”ya silahlı gəlib və mübahisə zamanı silahını çıxararaq atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır.


Silahlı insidentin iştirakçıları yaralıları özləri Nərmimanov rayonundakı City Hospital-a aparıblar. Lakin Bakı şəhər Baş polis idarəsi isidentdən Nərimanov polisindəki həmkarları vasitəsilə xəbər tutub. Polislər klinikanı əhatəyə alıblar və yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Məlum olub ki, onlardan biri Astara sakini Fərid Əkbərov (1980-ci il təvəllüdlü) və Bakı sakini Süleyman Abdullayevdir (1986-cı il təvəllüdlü).

Münaqişə iştirakçıları, üstəlik restoranın sahibi faktı gizlətmək istəyərək polisə bu haqda məlumat verməyiblər. Lakin məlum olub ki, Səbayel rayon polis idarəsi insidentdən dərhal xəbər tutub. Özü də ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın sayəsində. Belə ki, diplomatın “Chevrolet” avtomobili “Bulaq” restoranının qarşısında park edilibmiş və Derek Hoqan özü hmin vaxt ABŞ səfirinin restoranın yaxınlığında yerləşən evində qonaq imiş. Atışma zamanı güllələrdən biri səfir müavinin avtomobilinə dəyib. Xoşbəxtlikdən bu zaman avtomobildə olan sürücü xəsarət almayıb. İnsidentdən xəbər tutan diplomat dərhal polisə xəbər verib. Silah işlədən şəxsin artıq polisə təslim olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
982 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...