Azərbaycanlı müğənniyə cinayət işi açıldı VİDEO

Azərbaycanlı müğənniyə cinayət işi açıldı


Rusiyada “Brodyaqa” mahnısı ilə tanınan müğənni Elbrus Canmirzəyevə qarşı cinayət işi açılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, müğənni yol-hərəkət qaydalarını pozaraq ölümə səbəbolma maddəsi ilə ittiham olunur. Krasnodar polis şöbəsindən verilən məlumata görə, artıq E.Canmirzəyev məhkəməyə verilib. Qeyd edək ki, müğənni ötən ilin dekabr ayında Krasnodarsk vilayətində qəzaya düşmüşdü. “Lexus”, “BMW” və yük avtomobili toqquşduğu qəzada sənətçinin prodüseri Kamran Əmirov dünyasını dəyişmişdi.

Canmirzəyevin avtomobilini saatda 100 km-dən yüksək sürətlə idarə etdiyi açıqlanmışdı. Xatırladaq ki, Elbrus Canmirzəyev əslən Azərbaycanlıdır. O, 1991-ci ildə Qaxda anadan olub, Rusiyada müğənni kimi fəaliyyət göstərir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1094 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...