Azərbaycanın beynəlxalq axtarışa verdiyi qadın həbs edilib

Azərbaycanın beynəlxalq axtarışa verdiyi qadın həbs edilib


DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat-axtarış tədbirləri keçirilib. Bu barədə “Report”a İdarədən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini Namazqızı Sahibə Lətif qızı həbs edilərək istintaq orqanına təqdim edilib.

Qeyd edək ki, Sahibə Namazqızı 18.11.1973-cü ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olub, Bakı şəhər
sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib. İnterpol kanalları ilə beynəlxalq axtarışda olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...