Azərbaycanlılar Rusiyada polis rəisi və ailəsini öldürdü

Azərbaycanlılar Rusiyada polis rəisi və ailəsini öldürdü


Rusiyanın Samara vilayətində bir ailənin 6 üzvünü öldürüldüyü cinayətin 3 azərbaycanlı tərəfindən törədildiyi məlum olub. Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir. Məlumata əsasən Sızran şəhərinin sabiq polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.

Azərbaycanlılar cinayət üçün armatur parçalarından istifadə ediblər. Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb. Hazırda o, koma vəziyyətindədir. Məhkəmə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...