"Getdim evinə, elə bilirdim qadındı ..."
Bakıda 32 yaşlı trans Ayla Altay qızı Dəmirovanın qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Şahlar Əliyevin məhkəmə prosesi baş tutub. Ayla Dəmirova 2015-ci il iyunun 24-də Bakı şəhəri Səbail rayonu, Səidə Rüstəmova küçəsində( Axundov bağının yanı) öldürülüb. Bu hadisə zamanı iki nəfər yaralanıb.
Transın ölümündə şübhəli bilinən Şahlar Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 120-ci ("Qəsdən yaralama"), 29.120 ( "Qəsdən adam öldürmə") və 181 ( "Oğurluq") maddəsi ilə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, o, Ayla Dəmirova ilə Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsində görüşüb. Bu zaman məlum olub ki, Ayla əslində Dəmirov Hətəmpaşa Altay oğlu adında bir kişidir. O, əvvəl cinsini, daha sonra isə sənədlərini dəyişib.
Təqsirləndirilən şəxs Şahlar Əliyev qətl haqqında bunları deyib:
"Mən onun Ayla adında trans olduğunu bilmirdim. Mən elə bilirdim o qadındır. Görüşərkən danışığından başa düşdüm ki, o kişidir. Bunu biləndə isə çıxıb getmək istədim. Ayla isə mənə vaxtını aldığımı bildirdi və bunun üçün pul ödəməli olduğumu söylədi. Evdə başqa adamlar da var idi. Bu zaman aramızda insident baş verdi və üstümə stol və stulları tullamağa başladı. Mən isə cavabında cinayət törətdim”./BiG.az
1083 dəfə oxundu