Gürcüstanda gömrük zabiti həbs olundu Azərbaycana qaçaqmal keçirdiyinə görə

Gürcüstanda gömrük zabiti həbs olundu Azərbaycana qaçaqmal keçirdiyinə görə

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməliyyat-istintaq fəaliyyəti nəticəsində "Mtkvari" gömrük-keçid məntəqəsinin zabiti Paatu İremadzeni saxlayıb. "Report" xəbər verir ki, o, Azərbaycandan qanunsuz yolla dərman keçirdiyinə və rüşvət aldığına görə həbs edilib.

"İstintaq təqsirləndirilən şəxsin Qardabani rayonunun Vaxtanqisi kəndində yerləşən gömrük-keçid məntəqəsində Azərbaycandan böyük miqdarda baytarlıq dərmanının gizli yolla Gürcüstan ərazisinə keçirilməsinə yardım edərək, sonradan vətəndaşlardan birindən müəyyən məbləğdə rüşvət alıb", - Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı bəyanatda deyilir.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə istintaq başladılıb. Bu isə təqsirləndirilən şəxsin 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyi anlamına gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...