Xudatda 80 yaşlı qadın boğazı kəsilərək qətlə yetirilib

Xudatda 80 yaşlı qadın boğazı kəsilərək qətlə yetirilib


Xudat şəhərində qətl hadisəsi baş verib. APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib.

Hadisəni törədən Şıxverdiyev Rafiq Məhəmməd oğlu Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...