Ermənilərin aprel təxribatı ilə bağlı cinayət işi başlanıb

Ermənilərin aprel təxribatı ilə bağlı cinayət işi başlanıb


Bu ilin aprel ayı ərzində erməni silahlı birləşmələrinin cəbhə bölgəsində törətdiyi təxribatlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

X.Vəliyev bildirib ki, erməni hərbçilərinin aprel ayının 2-dən 5-ədək təmas xəttində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Silhalı Qüvvələrinin hərbçiləri şəhid olub. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprelin 1-dən 2-ə keçən gecədən etibarən aprelin 5-dək cəbhə böplgəsində erməni hərbi birləşmələrinin törətdiyi təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin həbçiləri şəhid olmuşdu. Hadisə nəticəsində ermənistan silahlı birləşmələri xeyli itki verərək geri çəkilmək məcburiyyətində qalmışdılar. (“Trend”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...