"İŞİD-çi"nin Bakıda girov götürdüyü uşağın FOTOLARI
Xəbər verdiyimiz kimi, Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs uşağı girov götürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 10-da Sabunçu rayonundakı yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.
Aparılmış araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin E. Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyü, azad edilməsi müqabilində 30 000 manat pul istədiyi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını dediyi müəyyənləşib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. Həmin fotoları təqdim edirik:
903 dəfə oxundu