Şamaxıda müəllimindən hamilə qalan bakirə qız barədə - Rəsmi ekspertiza RƏYİ
Şamaxı Rayon Məhkəmə Tibb Ekspertizası Pirbəhli kənd sakinin başına gətirilən biabırçı olayla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib.
Məhkəmə tibb eksperti Məmməd Abdulrahibov AzNews.az-a açıqlamasında 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib: “Mən həmin şagirdlə bağlı rəyimi yazıb komissiyanın iştirakı ilə təqdim etdim. Rəydə bildirilir ki, şagird hazırda bakirədir. Ancaq şagirdə qarşı əxlaqsız hərəkətlər olunub. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb. Bu yolla hamilə qalmaq mümkündür. Qız bakirə olsa da, doğuşa az qalıb”.
Məktəblinin İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb-qalmamasına gəlincə M.Abdulrahibov bildirib ki, bu barədə məlumata malik deyil: “Qızın kimdən hamilə qalması artıq müstəntiq araşdırmasıdır”.
Qeyd edək ki, Şamaxı rayon Pirbəhli kənd orta məktəbində biabırçı hadisə baş verib. 9-cu sinif şagirdinin müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qaldığı deyilir. Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.
1194 dəfə oxundu