1 kq-dan çox narkotiki 56 min manata satmaq istəyərkən tutuldu

1 kq-dan çox narkotiki 56 min manata satmaq istəyərkən tutuldu


Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Lənkəran rayonunun Göyşaban kəndində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram yüksək xassəli narkotik vasitə hesab olunan heroini 50.000, 400 qram tiryəki isə 6 min manata satmaq istəyən zaman saxlanılıb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hazırda polis əməkdaşları tərəfindən K.Mirzəzadənin külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...