Məhkəmə həbsdə olan keçmiş nazirlə bağlı qərar verdi

Məhkəmə həbsdə olan keçmiş nazirlə bağlı qərar verdi


Bu gün Ali Məhkəmədə müvəqqəti xarici iqtisadi əlaqələr naziri olmuş Nicat Quliyevin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

GUNDEMİNFO.AZ lent.az-a istinadən bildirir ki, hakim Əli Seyfullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, onun kassasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, N.Quliyev Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb

N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti verib. N.Quliyev şikayətində barəsindəki cinayət işinin ləğv edilməsini və azadlığa buraxılmasını istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...