Beynəlxalq Bank işinə görə tutulmuş iş adamlarının həbs müddəti uzadılıb

Beynəlxalq Bank işinə görə tutulmuş iş adamlarının həbs müddəti uzadılıb


Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “Bermud City” MMC-nin rəhbəri, “CityTV” televiziyasının təsisçisi və direktoru olan iş adamı Səməd Sadıqov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un məlumatına görə, təqdimat təmin olunub və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 sentyabr 2016-ci il tarixinə qədər artırılıb.

Qeyd edək ki, həmin şəxslər 2015-ci ildə saxlanılıb. Təqsirləndirlən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onlardan S.Sadıqov “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...