Fuad Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşıb

Fuad Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşıb


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən istintaqın yekunlaşdığı elan edilib.

Yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olmağa başlayacaqlar. Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...