Prokuror dələduzluqda təqsirləndirilən şirkət direktoruna cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən şirkət direktoruna cəza istəyib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Q.Rəhimovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi iyunun 8-də davam etdiriləcək. Qeyd edək ki, Q. Rəhimov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...