Xaçmazda doğuş zamanı körpə öldü, ananın vəziyyəti ağırdır

Xaçmazda doğuş zamanı körpə öldü, ananın vəziyyəti ağırdır

Xaçmazda doğuş zamanı ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının yeni doğulmuş körpəsi ölüb. Belə ki, 9 ayı tamam olan hamilə qadını Xaçmaz Regional Perinatal Mərkəzinə təcili doğuşa qəbul edilib. Hazırda ananın vəziyyətidə ağırdır.

Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayyon şöbəsinə aparılıb. Xatırladaq ki, K. Veyisovanın ilk hamiləliyidir. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...